• HƏRBİ

    12:15 12 avqust 2022

Ermənistana məxsus helikopterin Xocavənddə aşkarlanan qalıqlarının videogörüntüsü yayılıb - VİDEO

Müdafiə Nazirliyi dünən Xocavənd rayonunun Tuğ kəndində aşkarlanan, Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqlarının videogörüntüsünü yayıb.

Qeyd edək ki, dünən Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları aşkar edilib.

Məlumata görə, aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopteridir.

ONA həmin videogörüntünü təqdim edir:

https://cdn.apa.az/storage/apa.az/video-cdn/1078a68ab394a016b7337827928ea6db.mp4

ONA

Teqlər:

SON XƏBƏRLƏR