• HƏRBİ

    13:03 1 oktyabr 2020

Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi raket atəşinə tutulub

Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi raket atəşinə tutulub.

ONA xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 1-də səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi atəşə tutulub.

Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb.

Ermənistan tərəfindən tələb edirik ki, Azərbaycan ərazisinin atəşə tutulmasını dərhal dayandırsın və xəbərdar edirik ki, əks təqdirdə adekvat cavab tədbirləri görüləcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR