• HƏRBİ

    11:24 28 sentyabr 2020

General-mayor Mayis Bərxudarov: “Düşməni sona qədər məhv etmək uğrunda vuruşacağıq”

“Düşmən hücumunun qarşısının alınması məqsədilə həyata keçirdiyimiz əks-hücum əməliyyatı uğurla davam edir. Gərgin döyüşlər gedir. Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi üzrə tapşırıqları yüksək döyüş əzmi və igidliklə icra edir".

ONA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, bunu hərbi birliyin komandiri, general-mayor Mayis Bərxudarov deyib.

"Komandirlik etdiyim birliyin şəxsi heyəti düşməni tam məhv etmək üçün son damla qanınadək vuruşacaq və qələbə qazanacaq”, - deyə general-mayor əlavə edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR