• HƏRBİ

    16:40 28 mart 2022

Hava hücumundan müdafiə bölmələri döyüş atışlı təlimlər keçirib - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib.

ONA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyini məlumat yayıb. Bildirilib ki, praktiki atışlar zamanı heyətlər tərəfindən şərti düşmənin hava hədəfləri aşkar olunaraq daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilib.
Şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR