Hava Hücumundan Müdafiə bölmələri hazırlıq məşqlərinə başlayıb - [color=red]VİDEO[/color]
  • HƏRBİ

  • 15:58 13 Aprel 2020

Hava Hücumundan Müdafiə bölmələri hazırlıq məşqlərinə başlayıb - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına əsasən, hava hücumundan müdafiə bölmələri hazırlıq məşqlərinə başlayıb.

ONA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, S-300 “Favorit” zenit-raket komplekslərinin divizionları normativlərə uyğun olaraq marş edərək start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını icra edir.

Raket bölmələri vacib obyektlərin hava hücumundan mühafizəsi və şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetirir.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR