Hava Hücumundan Müdafiə bölmələrinin məşqləri keçirilir - [color=red]VİDEO[/color] - [color=red]FOTO[/color]
  • HƏRBİ

  • 12:20 30 Aprel 2020

Hava Hücumundan Müdafiə bölmələrinin məşqləri keçirilir - VİDEO - FOTO

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin məşqləri keçirilir.

ONA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, məşqlərin keçirilməsində əsas məqsəd bölmələrin şəxsi heyətinin zenit-raket komplekslərinin (ZRK) idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsidir.

Məşqlərdə döyüş heyətləri “İldırım” ZRK-nin start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativləri icra edirlər.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR