Hərbi Dəniz Qüvvələrində taktiki təlim başlayıb - [color=red]VİDEO[/color] - [color=red]FOTO[/color]
  • HƏRBİ

  • 14:20 27 Aprel 2020

Hərbi Dəniz Qüvvələrində taktiki təlim başlayıb - VİDEO - FOTO

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrində taktiki təlim başlayıb.

ONA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi, gəmi taktiki qruplarının qarşılıqlı fəaliyyətdə döyüş əməliyyatlarının planlaşdırılması və aparılması, həmçinin komandirlər, qərargahlar və şəxsi heyətin bacarıqlarının təkmilləşdirilməsidir.

Üç mərhələdə baş tutacaq təlimə 20-dən artıq gəmi və kater, 2 helikopter, o cümlədən 700 nəfərədək şəxsi heyət cəlb olunub.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR