• HƏRBİ

    18:03 1 may 2019

Hərbi Hava Qüvvələrinin aviabazasında komanda-qərargah təlimi keçirilib

2019-cu ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya bazalarından birində komanda-qərargah təlimi keçirilib.

Müdafiə Nazirliyindən ONA-ya verilən məlumata görə, təlim zamanı aviasiya vasitələri hava hücumundan müdafiə bölmələri ilə qarşılıqlı fəaliyyətdə qoşun qruplaşmalarının hava zərbələrindən müdafiəsi, şərti düşmənin hava hədəfləri, komanda məntəqələri, zirehli texnikası və canlı qüvvəsinin məhv edilməsi üzrə taktiki epizodları icra ediblər.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR