• HƏRBİ

    13:48 14 oktyabr 2024

Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri təlim-məşq uçuşlarını icra edib - VİDEO

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri hazırlıq planına uyğun olaraq, təlim-məşq uçuşlarını icra edib.

ONA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilib. Hərbi pilotlar tərəfindən qalxma və enmə, aşağı, eləcə də orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunub.
Hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlər zamanı hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər.

Azərbaycan Ordusunun döyüş təyyarələri təlim-məşq uçuşları icra edib - VİDEO Azərbaycan Ordusunun döyüş təyyarələri təlim-məşq uçuşları icra edib - VİDEO Azərbaycan Ordusunun döyüş təyyarələri təlim-məşq uçuşları icra edib - VİDEO

ONA

Teqlər:

SON XƏBƏRLƏR