• HƏRBİ

    11:36 19 avqust 2022

Hərbi Hava Qüvvələrinin helikopter bölmələri ilə təlimlər keçirilib - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlimlər keçirilib.

ONA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimin senarisinə uyğun olaraq bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv ediblər.
Helikopter ekipajları tərəfindən təlimlər zamanı qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR