• HƏRBİ

    05:13 9 may 2019

Hərbi prokuror: Azərbaycanda hərbi xidmətdən yayınma cinayətləri 33 dəfə azalıb

Azərbaycanda hərbi xidmət əleyhinə olan cinayətlər 1998-ci illə müqayisədə 7 dəfə, hərbi xidmətdən yayınma cinayətləri 1998-ci illə müqayisədə 33 dəfə, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 1998-ci illə müqayisədə 29 dəfə, fərarilik cinayətləri 1998-ci illə müqayisədə 371 dəfə, müharibə vaxtı və ya döyüş şəraitində hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 1998-ci illə müqayisədə 1000 dəfə azalıb.

ONA-nın məlumatına görə, bu, hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəsmi mətbuatda nəşr olunan "Müstəqil və müasir Azərbaycanın memarı" başlıqlı məqaləsində əksini tapıb.

Hərbi prokuror nəzərə çatdırıb ki, tabeçilik qaydaları əleyhinə olan cinayətlər 2007-ci illə müqayisədə 2 dəfə, hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə cinayətləri 2007-ci illə müqayisədə 2 dəfə, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 2013-cü illə müqayisədə 41,7 faiz, hakimiyyətdən sui-istifadə etmə cinayətləri 1998-ci illə müqayisədə 36 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 1998-ci illə müqayisədə 51,4 faiz, qeyri hərbi cinayətlər 1998-ci illə müqayisədə 10,2 faiz, 1998-ci illə müqayisədə qəsdən adam öldürmə cinayətləri 5 dəfə, özünü öldürmə həddinə çatdırma cinayətləri isə 2 dəfə azalıb.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR