• HƏRBİ

    18:30 18 mart 2019

Hərbi Prokurorluğun rəhbər şəxsləri cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub

Respublika Hərbi Prokurorluğunun yüksək vəzifəli işçiləri Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və digər hərbi qurumların rəhbər vəzifəli şəxsləri cəbhəyanı zonada yerləşən hərbi hissələrdə olub.

Hərbi Prokurorluğun mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Azərbaycan ordusunda və başqa silahlı birləşmələrdə qanunvericiliyin tələblərinə tam və dönmədən əməl olunmasını, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsini, eləcə də insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və digər hərbi qurumlarla birgə hazırladığı “Hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsinə dair”, “Cinayətkarlığa qarşı mübarizəyə dair”, “Cinayət hadisələrinin qarşısının alınmasına dair”, “Hərbi qulluqçularda vətənpərvərlik hisslərinin gücləndirilməsinə dair” və sair mövzular üzrə tədbirlər planları əsasında Hərbi Prokurorluğun yüksək vəzifəli işçiləri adıçəkilən qurumların rəhbər vəzifəli əməkdaşları ilə birgə mütəmadi olaraq səmərəli işlər görür, o cümlədən tədbirlər təşkil edir, həmin tədbirlərdə hərbi qulluqçuların qayğı və problemləri ilə maraqlanır, eləcə də, onların fərdi qəbullarının keçirilməsi təmin olunur: “Eyni zamanda Respublika Hərbi Prokurorluğunun rəhbər işçiləri hər il milli və rəsmi dövlət bayramlarında, digər əlamətdar günlərdə sözügedən qurumların rəhbər vəzifəli şəxsləri və hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanlarının rəhbərləri ilə birgə vətənimizin müxtəlif bölgələrində, xüsusən də cəbhəyanı zonada yerləşən hərbi hissələrdə hərbi qulluqçular və valideynlərinin iştirakı ilə bayram mərasimləri, o cümlədən konsertlər təşkil edir, həmin tədbirlərdə hərbi qulluqçuların qayğı və problemləri ilə maraqlanır və xidmətdə fərqlənənlərə hədiyyələr təqdim edirlər. Bu il də Novruz bayramı ərəfəsində Respublika Hərbi Prokurorluğunun yüksək vəzifəli işçiləri Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və digər hərbi qurumların rəhbər vəzifəli şəxsləri, hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanlarının rəhbərləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin nümayəndələri ilə birgə vətənimizin müxtəlif bölgələrində, xüsusən də cəbhəyanı zonada yerləşən hərbi hissələrdə hərbi qulluqçular və valideynlərinin iştirakı ilə bayram mərasimləri, o cümlədən konsertlər təşkil edib, həmin tədbirlərdə hərbi qulluqçuların qayğı və problemləri ilə maraqlanıb, xidmətdə fərqlənənlərə hədiyyələr təqdim olunub”.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR