Hikmət Hacıyev: “Azərbaycan hərbi hədəflərə adekvat cavab vermək hüququnu özündə saxlayır"
  • HƏRBİ

  • 17:49 03 Oktyabr 2020

Hikmət Hacıyev: “Azərbaycan hərbi hədəflərə adekvat cavab vermək hüququnu özündə saxlayır"

Ermənilər Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutmaqda davam edir.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. 

O bildirib ki, bu, Ermənistanın hər hansı bir dəyərdən, sivil davranışdan xəbərsiz olduğunu nümayiş etdirir: "Biz bununla bağlı ictimaiyyətə və beynəlxalq təşkilatlara müraciət etdik ki, müharibə şəraitində mülki insanların və mülki obyektlərin qorunması beynəlxalq humanitar hüququn və Cenevrə Konvensiyasının tələbidir. Amma Ermənistan bundan kənar dövlət olduğunu hər addımda nümayiş etdirir. Azərbaycanın şəhərlərinə, mülki obyektlərə və şəxslərə hücumlar təşkil edir. Azərbaycan Respublikası çox yüksək etik və əxlaqi dəyərlər nümayiş etdirərək beynəlxalq hüquq əsasında ancaq seçilmiş hərbi hədəflərə qarşı əməliyyatları həyata keçirir. Onların neytrallaşması təmin olunur. Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttinin bütün istiqamətləri üzrə effektiv, təsirli və sülhəməcburetmə əməliyyatını davam etdirir. Burada da məqsəd Azərbaycan ərazilərin işğaldan azad edilməsinin təmin olunmasıdır".

Hikmət Hacıyev qeyd edib ki, Ermənistan raket texnologiyasından istifadə edir: "Biz bunu qəti şəkildə pisləyirik və Azərbaycan Respublikasında legitim hərbi hədəflərə adekvat cavab vermək hüququnu tam şəkildə özündə saxlayır".

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR