İşğaldan azad olunmuş ərazilərin 80 faizi partlayıcı maddələr baxımından təhlükəlidir-[color=red]ANAMA[/color]
  • HƏRBİ

  • 14:56 30 Noyabr 2020

İşğaldan azad olunmuş ərazilərin 80 faizi partlayıcı maddələr baxımından təhlükəlidir-ANAMA

“İşğaldan azad olunmuş ərazilərin 80 faizi partlayıcı maddələr baxımından təhlükəli ərazilərdir”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov bildirib.

İ. İsmayılov deyib ki, işğaldan azad olunmuş ərazilərin təmizlənməsi nəzərdə tutulur: “İnsanların ata-baba yurdlarına qayıtması üçün infrastruktur obyektlərində, əhalinin qayıtması üçün zəruri olan məkanlarda minalardan təmizləmə işləri aparılacaq. Daha sonra otlaq, əkin sahələrində, sonra ucqar ərazilər təmizlənəcək”.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR