• HƏRBİ

    13:20 3 fevral 2022

İranla sərhədin azad olunmuş hissəsi nəzarətə götürülüb, narkotrafikə ciddi zərbə endirilib

Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş 132 km-lik hissəsi Azər­baycan sərhədçiləri tərəfindən nəzarət altına götürülüb, bu istiqamətdə sərhəd mü­ha­fizə infrastrukturunun bərpa olunması sayəsində əvvəlki dövrlərdə bu ərazilərdən keçən narkotrafikə ciddi zərbə endirilib.

ONA-nın xəbərinə görə, bu barədə DSX-də ötən ilin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

Qeyd edilib ki, Azərbay­can-Rusiya dövlət sərhədində demarkasiya işləri davam etdi­ril­ib, hal-hazı­radək 178 ədəd sərhəd nişanı quraşdırılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR