• HƏRBİ

    14:59 5 sentyabr 2022

Kəlbəcərdə mövqelərimiz yenidən atəşə tutulub - MN

Sentyabrın 4-dən 5-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə və Zivel yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub.

ONA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub", MN-dən bildirilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR