• HƏRBİ

    12:08 15 dekabr 2023

Komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib - VİDEO

2023-cü ilin hazırlıq planına uyğun olaraq komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib.

ONA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ssenariyə əsasən "Həyəcan" siqnalı ilə qaldırılan bölmələrə təxribat törətməyə cəhd edən şərti düşmən qruplaşmasının zərərsizləşdirilməsi üzrə tapşırıqlar verilib.
Ərazinin vizual müşahidəsi və hava kəşfiyyatının aparılması ilə şərti düşmən obyekti qiymətləndirildikdən sonra onun hərbi texnikası pusquya salınıb, qruplaşmanın üzvləri ələ keçirilib.
Meşəlik ərazilərdə keçirilən taktiki-xüsusi təlim zamanı qarşıya qoyulan bütün tapşırıqlar yüksək peşəkarlıqla icra edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR