• HƏRBİ

    10:55 1 iyul 2022

Komando bölmələrində təlim məşqləri keçirilir - VİDEO

2022-ci ilin döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) bölmələrində təlim-məşqləri keçirilir.

ONA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, praktiki məşqlərdə komandolar maneələri yüksək peşəkarlıqla dəf edərək kəşfiyyat cığırının açılması və şərti düşmənin məhv edilməsi tapşırıqlarını yerinə yetirirlər.
Komandoların fərdi bacarıqlarının, eləcə də atəş və taktiki hazırlığının daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlərdə qarşıya qoyulan tapşırıqlar uğurla icra edilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR