Laçında itkin düşən hərbi qulluqçuların axtarışı davam edir.
Bu barədə Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Məlumata görə, Azərbaycan Ordusunun martın 4-də Laçın rayonu ərazisində yolu azaraq itkin düşən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam etdirilir.