2019-cu ilin mart ayı ərzində Abşeron, Ağdam, Ağstafa, Astara, Cəbrayıl, Daşkəsən, Füzuli, Xızı, Qazax, Şamaxı, Tərtər, Tovuz, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt və Naftalan şəhərləri ərazisində çoölu sayda partlamamış hərbi sursat (PHS) aşkarlanıb.
ONA-nın Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) istinadən yaydığı xəbərinə görə, Agentlik tərəfindən 533,221 m² (53.32 ha) ərazi yoxlanılıb.
Təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 463 ədəd partlamamış hərbi sursat (PHS), 12 ədəd piyada əleyhinə mina və 4 ədəd tank əleyhinə mina (cəmi 479 ədəd) aşkar edilərək zərərsizləşdirilib.
Əməliyyatlarda 475 nəfər əməliyyat heyəti, 132 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.