• HƏRBİ

    15:10 14 mart 2019

MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası keçirilib

Martın 14-də Azərbaycan Respublikasını Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Moskvada keçirilən MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edib.

Bu barədə ONA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, komitənin iclasında nümayəndə heyətlərinin rəhbərləri MDB çərçivəsində hərbi əməkdaşlığın müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıblar.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR