"Ermənistan tərəfinin guya atəşkəsin tərəfimizdən pozulması haqqında yaydığı məlumat həqiqəti əks etdirmir".
ONA-nın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
“Azərbaycan Ordusu Kəlbəcər istiqamətində iki ölkənin dövlət sərhədində atəşkəsə riayət edir”, - deyə məlumatda qeyd olunub.