• HƏRBİ

    17:15 7 may 2022

Azərbaycan Ordusu Zod mədənində mülki erməni işçilərə atəş açmayıb - MN

Dövlət sərhədinin Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Zod mədənində mülki erməni işçilərə qarşı atəş açılması barədə Ermənistan mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır.

ONA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Bu xəbəri qəti surətdə təkzib edirik", MN-in məlumatında vurğulanıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR