MN: Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur
  • HƏRBİ

  • 17:10 07 Noyabr 2020

MN: Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur

Azərbaycanın Qubadlı rayonu ərazisindən guya Ermənistanın Qafan şəhəri yaxınlığındakı David Bek kəndinin atəşə tutulması barədə Ermənistan tərəfinin yaydığı xəbər təxribat xarakterli dezinformasiyadır.

ONA-nın xəbərinə görə, Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, əksinə Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan ərazisindən Qubadlı rayonunun işğaldan azad olunmuş kəndlərini və Azərbaycan Ordusu bölmələrinin mövqelərini gün ərzində intensiv atəşə tutub.

Ordumuz yalnız sərhədlərimiz çərçivəsində düşmənin atəş nöqtələrinə qarşı adekvat tədbirlər görür: "Bir daha bildiririk ki, Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur".

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR