• HƏRBİ

    15:46 10 aprel 2022

MN: Döyüş sursatlarının utilizasiyası Seyfəli poliqonunda həyata keçiriləcək

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, döyüş sursatlarının utilizasiya prosesi 11.04.2022-ci il tarixdən 16.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR