• HƏRBİ

    10:10 4 noyabr 2020

MN: Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə tutur

Noyabrın 4-ü saat 08.05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Hüsənli və Qazyan kəndlərini, eləcə də Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini ara-sıra artilleriya atəşinə tutur.

ONA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin açıqladığı məlumatda bildirilib. Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri görür.

ONA

Teqlər:

SON XƏBƏRLƏR