MN: Düşmənin 1-ci ümumqoşun ordusu komandanının müavini məhv edilib
  • HƏRBİ

  • 10:06 29 Oktyabr 2020

MN: Düşmənin 1-ci ümumqoşun ordusu komandanının müavini məhv edilib

Düşmənin 1-ci ümumqoşun ordusu komandanının müavini məhv edilib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, dünən gün ərzində düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Görülən cavab tədbirləri nəticəsində düşmənin 1-ci ümumqoşun ordusu komandanının müavini, polkovnik Artur Sarqisyan və 18-ci motoatıcı diviziyanın rabitə rəisi, mayor Aram Ğazaryan məhv edilib.

Bundan əlavə, 1-ci ümumqoşun ordunun artilleriya idarəsinin zabiti, polkovnik-leytenant B.Aseryan, 2-ci motoatıcı alayın komandiri Hunan Hayrumyan yaralanıb və 5-ci dağatıcı alayın 3-cü taborunun komandir müavini Roman Tunyan isə itkin düşüb.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR