• HƏRBİ

    15:33 13 iyun 2023

MN: Kəlbəcərdə mühəndis işləri görən traktor Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub

İyunun 13-ü saat 11:10-da Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində mühəndis işləri görən traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə tutulub.

ONA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Atəş nəticəsində xəsarət alan olmayıb.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəfin atəş nöqtələri susdurulub" MN-in məlumatında deyilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR