• HƏRBİ

    16:30 15 dekabr 2022

MN: Kəlbəcərin Çıraq kəndində minaların 2020-ci ilin dekabrında basdırıldığı ehtimal edilir

Dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfərin minaya düşməsi Ermənistanın Azərbaycana qarşı terror aktlarını hələ də davam etdirməkdə olduğunun göstəricisidir.

APA-nın Kəlbəcərdə mina partlayışı baş vermiş əraziyə ezam olunan müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Ordusunun Quru Qoşunlarının zabiti, mayor Ruslan Səmədov deyib.

Onun sözlərinə görə, bu minaların Ermənistan silahlı qüvvələri tərəfindən 2020-ci ilin dekabr ayında basdırılması ehtimal edilir.

"Çıraq kəndindən nə Birinci Qarabağ müharibəsi zamanı, nə də Vətən müharibəsində heç bir müdafiə xətti keçməyib. Hər hansı hərbi zərurətin olmadığı halda bu ərazilərdə minaların insan tələfatı məqsədi ilə basdırılması qarşı tərəfin terror fəaliyyətlərinin sübutudur. 2021-ci il iyunun 4-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşərək şəhid olması da məhz erməni terrorçularının fəaliyyətinin nəticəsidir. Bildiririk ki, vətəndaşlarımızın tələfatı ilə nəticələnən bütün bu terror aktlarına görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".

Qeyd edək ki, bu gün jurnalistlər Kəlbəcərə - dekabrın 14-də mina partlayışları baş vermiş əraziyə səfər edib.

Kəlbəcərdə 8 nəfərin minaya düşdüyü ərazinin GÖRÜNTÜLƏRİ Kəlbəcərdə 8 nəfərin minaya düşdüyü ərazinin GÖRÜNTÜLƏRİ Kəlbəcərdə 8 nəfərin minaya düşdüyü ərazinin GÖRÜNTÜLƏRİ Kəlbəcərdə 8 nəfərin minaya düşdüyü ərazinin GÖRÜNTÜLƏRİ Kəlbəcərdə 8 nəfərin minaya düşdüyü ərazinin GÖRÜNTÜLƏRİ Kəlbəcərdə 8 nəfərin minaya düşdüyü ərazinin GÖRÜNTÜLƏRİ Kəlbəcərdə 8 nəfərin minaya düşdüyü ərazinin GÖRÜNTÜLƏRİ Kəlbəcərdə 8 nəfərin minaya düşdüyü ərazinin GÖRÜNTÜLƏRİ

ONA

Teqlər:

SON XƏBƏRLƏR