• HƏRBİ

    16:12 14 oktyabr 2021

MN: Qanunsuz erməni silahlı dəstələrinə məxsus PUA ələ keçirilib - FOTO

Oktyabrın 14-də Füzuli rayonu istiqamətində kəşfiyyat məqsədilə Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilərək ələ keçirilib.

ONA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR