• HƏRBİ

    16:45 22 noyabr 2022

MN: Sarıbaba yüksəkliyində Ermənistanda istehsal edilmiş piyada əleyhinə minalar zərərsizləşdirilib - FOTO

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib.

ONA xəbər verir ki, bu barədə Azərbaycan MN məlumat yayıb.
Məlumata görə, ərazidə aparılan minatəmizləmə tədbirləri nəticəsində 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə tədbirlərini davam etdirir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR