MN Vətən müharibəsində şəhid olmuş hərbçilərlə bağlı yeni məlumat yayıb
  • HƏRBİ

  • 12:40 15 Dekabr 2020

MN Vətən müharibəsində şəhid olmuş hərbçilərlə bağlı yeni məlumat yayıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Vətən müharibəsində 2783 nəfər şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, dekabrın 15-dək 2756 şəhidimiz dəfn edilib.

ONA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin (MN) açıqladığı məlumatda bildirilir. Nazirlik dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş məlumat təqdim edib: 

“İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir.

Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!”, - deyə bildirilib. 

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR