• HƏRBİ

    17:24 29 dekabr 2021

MN: Vətən müharibəsində sərf olunmuş raket və döyüş sursatlarının əvəzinə yeniləri alınıb

“Azərbaycan Ordusunun maddi-texniki təminatı məsələləri də daim diqqət mərkəzindədir”.

APA-nın məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov ilin yekunlarına dair brifinqdə deyib.

O bildirib ki, xüsusilə, azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması prioritet məsələlərdəndir: “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçuların döyüş hazırlığını yoxlamaq və onların sosial-məişət şəraiti, eyni zamanda aparılan tikinti-quruculuq işləri ilə tanış olmaq məqsədilə azad olunmuş ərazilərə cari il ərzində 30 dəfədən artıq səfər edib. Yüksək dağlıq ərazilərdə yerləşən bölmələrdə fasiləsiz elektrik enerjisi, isti və soyuq su xətləri çəkilib, 6 aylıq ərzaq, yanacaq ehtiyatı yaradılıb və qış mövsümü ilə əlaqədar bütün şəxsi heyət isti geyimlə təmin edilib".

Anar Eyvazov qeyd edib ki, Vətən müharibəsində sərf olunmuş raket və döyüş sursatlarının əvəzinə yeniləri alınaraq qoşunlara çatdırılıb, hazırda bütün birləşmə və hissələr döyüş sursatları ilə tam təmin olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR