• HƏRBİ

    16:24 4 sentyabr 2020

Moskvada MDB və Şanxay Əməkdaşlığı Təşkilatının Müdafiə nazirlərinin iclası keçirilib

Rusiyada MDB, Şanxay Əməkdaşlıq və Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) təşkilatlarına üzv olan ölkələrin müdafiə nazirlərinin birgə iclası keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata gör, Moskva vilayətinin Kubinka rayonunda yerləşən Park Patriot Mərkəzində keçirilən iclasda 12 ölkənin müdafiə naziri iştirak edib.

Bundan başqa birgə iclasda MDB-nin İcraiyyə Komitəsinin katibi Nikolay Lebedev və KTMT-nin baş katibi Stanislav Zas iştirak ediblər.

İclası giriş sözü ilə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu açıb. Daha sonra Nikolay Lebedev və Stanislav Zas çıxış ediblər.

Tədbir işini mətbuatın iştirakı oladan davam etdirib.

İclasda müdafiə nazirləri beynəlxalq və regional təhlükəsizliyin təmin olunması, müharibələrin və silahlı qarşıdurmaların baş vermə təhlükəsinin qarşısının alınması üçün səylərin birləşdirilməsi, müasir şəraitdə hərbi əməkdaşlığın daha da gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Tədbirin yekunu ilə bağlı kommunike imzalanıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR