Müdafiə naziri Rusiyaya səfər edəcək
  • HƏRBİ

  • 13:08 16 Avqust 2019

Müdafiə naziri Rusiyaya səfər edəcək

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov avqustun 17-də Moskva vilayətinin Alabino hərbi poliqonunda keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək.

MN-dən ONA-ya verilən məlumata görə, müdafiə naziri, həmçinin “Tank biatlonu” müsabiqəsində yüksək nəticə əldə edərək finala yüksələn Azərbaycan tankçılarının çıxışını izləyəcək.

Final yarışlarında komandamız birinci divizionda Rusiya, Belarus və Qazaxıstan komandaları ilə mübarizə aparacaq.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR