• HƏRBİ

    23:48 12 mart 2019

Müdafiə naziri Yel çərşənbəsini əsgərlərlə birlikdə qeyd edib

General-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Yel çərşənbəsini təlimlərdə iştirak edən hərbi qulluqçularla birgə keçirib.

ONA-nın MN-nin mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, Novruz bayramı ərəfəsində şəxsi heyətlə görüşən müdafiə naziri bayram şənliyində iştirak edib, tonqal ətrafında toplaşan əsgər və zabitlərlə söhbət edib.

Görüşdə daima dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduqlarını vurğulayan hərbi qulluqçular, döyüş hazırlığının, sosial-məişət şəraitinin, mənəvi-psixoloji vəziyyətin, döyüş ruhunun yüksək olduğunu və torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Ali Baş Komandanın döyüş əmrinə hər an hazır olduqlarını bildirblər.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR