• HƏRBİ

    11:43 21 yanvar 2020

Müdafiə naziri Zakir Həsənov Gürcüstana səfərə gedib

Yanvarın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gürcüstan Müdafiə naziri İrakli Qaribaşvilinin dəvəti ilə Tbilisi şəhərinə rəsmi səfərə yola düşüb.

ONA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi mətbuat xidmətinin açıqladığı məlumatda bildirilir. Səfər çərçivəsində Müdafiə naziri qonşu ölkənin hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR