• HƏRBİ

    18:34 2 avqust 2019

Müdafiə naziri Zakir Həsənov Moskvaya gedib

Bu gün Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə yola düşüb.

ONA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Müdafiə naziri avqustun 3-də “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının açılış mərasimində iştirak edəcək və “Tank biatlonu” müsabiqəsində yarışan Azərbaycan tankçılarının birinci mərhələdə çıxışını izləyəcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR