Müdafiə naziri Zakir Həsənov Türkiyəyə gedib
  • HƏRBİ

  • 15:17 14 Sentyabr 2021

Müdafiə naziri Zakir Həsənov Türkiyəyə gedib

Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov sentyabrın 14-də Türkiyəyə yola düşüb.

ONA xəbər verir ki, Müdafiə Nazirliyinin məlumata görə, səfər çərçivəsində Müdafiə Nazirliyi rəhbərliyinin Türkiyə Respublikasının hərbi rəhbərliyi ilə bir sıra görüşləri, o cümlədən Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərinin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirakı planlaşdırılır.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR