• HƏRBİ

    19:38 26 fevral 2019

Müdafiə Nazirliyi: Ermənistanın müdafiə nazirinin hücumdan anlayışı yoxdur

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın müdafiə naziri David Tonayanın fikirlərinə münasibət bildirib.

Nazirlikdən ONA-nın sorğusuna cavab olaraq bildirilib ki, David Tonoyan mülki şəxsdir və hərbi strategiyanın, daha dəqiq desək müdafiə və hücumun nədən ibarət olduğundan tam anlayışı yoxdur: "2016-cı ilin aprel döyüşləri o, müdafiə nazirinin müavini olduğu vaxtda, həmçinin Günnüt əməliyyatı zamanı artıq müdafiə naziri olarkən “hücuma keçmək” istəyən erməni ordusunun döyüş meydanından necə qaçdığının şahidi olmuşuq. Onun hərbi sahədə diletant olduğunu nəzərə alaraq qeyd edə bilərik ki, bu populist fikirlər yalnız daxili auditoriya üçün nəzərdə tutulub və hərbi baxımdan heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan Ordusunun bütün istiqamətlərdə erməni ordusundan üstün olduğunu və imkanlarının müqayisəedilməz olduğunu Tonayan özü etiraf edib. Yaxın gələcəkdə Ermənistan ordusunun Azərbaycan ordusunu nəinki ötüb-keçmək, hətta Ordumuzla heç bir sahədə müqayisə olunmaq perspektivi belə yoxdur”.

Qeyd edək ki, D. Tonayan ölkəsinin ictimai televiziyası vasitəsilə çıxış edərək Ermənistanın öz hərbi strategiyasını müdafiədən hücuma dəyişdiyini bildirib.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR