• HƏRBİ

    14:17 8 avqust 2021

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri tərəfindən Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Avqustun 8-i saat 13:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR