• HƏRBİ

    10:27 25 iyul 2019

Müdafiə Nazirliyi: MiQ-29 təyyarəsi Xəzər dənizinə düşüb, pilotun axtarışı aparılır

İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin (HHQ) MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

ONA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Müdafiə nazirinin tapşırığına əsasən, yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR