• HƏRBİ

    11:59 23 sentyabr 2019

Müdafiə Nazirliyi: Yolu azan Azərbaycan əsgəri ermənilər tərəfindən vurulub

Sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.

ONA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub.

Ermənistanın KİV-də guya Azərbaycan tərəfinin cəbhə xəttində təxribat törətməsi barədə yayılan məlumatlar yalandır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR