Aprelin 23-də Moskva şəhərində VIII beynəlxalq təhlükəsizlik konfransı öz işinə başlayıb.
Müdafiə Nazirliyindən ONA-ya verilən məlumata görə, Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirin ilk günü nümayəndə heyətləri üçün Moskva vilayətinin Kubinka şəhəri yaxınlığında yerləşən Rusiya Silahlı Qüvvələrinin hərbi vətənpərvərlik mədəniyyət və istirahət parkına tanışlıq səfəri təşkil edilib.
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin də iştirak etdiyi forumda qlobal və regional təhlükəsizlik məsələləri, sülhməramlı fəaliyyətlər, hərbi əməkdaşlığın genişləndirilməsi, eləcə də müasir dünyada mövcud olan hərbi təhdidlər və risklər müzakirə olunur.