• HƏRBİ

    16:35 28 fevral 2019

NATO ilə Azərbaycan arasında yeni əməkdaşlıq sahələri müəyyən edilib

Hərbi təhsil sisteminin inkişafına dəstək üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına uyğun olaraq Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində NATO-nun ekspert qrupu ilə Müdafiə Nazirliyinin mütəxəssisləri arasında işçi görüşü keçirilib.

Bu barədə ONA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı çərçivəsində 2018-ci il ərzində həyata keçirilmiş fəaliyyətlər təhlil edilib, həmçinin cari il üçün tədbirlərin planlaşdırılması məsələləri nəzərdən keçirilib və yeni əməkdaşlıq sahələri müəyyən edilib.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR