• HƏRBİ

    13:18 24 iyun 2023

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

İyunun 24-ü saat 10:40-dan 11:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

ONA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

MN-dən bildirilib ki, Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR