• HƏRBİ

    17:02 6 avqust 2021

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub - MN

Avqustun 6-sı saat 12:45-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikası Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

ONA xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Cavab atəşi ilə qarşı tərəf susdurulub.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR