• HƏRBİ

    17:53 13 aprel 2019

Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseyə yeni rəis təyin edilib

Polkovnik Məhəmməd Həsənov Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseyin rəisi vəzifəsinə təyin edilib.

ONA-nın məlumatına görə, bunu bu gün Heydər Əliyev adına Hərbi Liseydə keçirilən tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev bildirib.

Heydər Əliyev adına hərbi liseyin bayrağı sıra meydanına gətirilərək liseyin yeni rəisinə təhvil verilib.

Qeyd edək ki, bundan əvvəl Heydər Əliyev adına Hərbi Liseyin rəisi general-mayor Elman Orucov yüksək vəzifəyə təyin edilib.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR