Naxçıvanda “Sarsılmaz qardaşlıq - 2019” birgə döyüş atışlı taktiki təlimi keçiriləcək - [color=red]VİDEO[/color]
  • HƏRBİ

  • 19:36 30 May 2019

Naxçıvanda “Sarsılmaz qardaşlıq - 2019” birgə döyüş atışlı taktiki təlimi keçiriləcək - VİDEO

Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən iyun ayının 7-dən 11-dək Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimi keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, təlimə hazırlıq çərçivəsində iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimi keçirilib.

Bayraqdəyişmə mərasimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə - Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda Türkiyə Respublikasının bayraq taqımı da Qars şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yürüş edib.

“Ümid” körpüsü üzərində Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirildikdən sonra iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimi keçirilib.

OXŞAR XƏBƏRLƏR