Nazir müavini: "Azərbaycan ordusunun generalı və polkovniki şəhid olub"
  • HƏRBİ

  • 13:35 14 İyul 2020

Nazir müavini: "Azərbaycan ordusunun generalı və polkovniki şəhid olub"

“İyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində şiddətli döyüşlər davam edib. İki sutka ərzində düşmənə sarsıdıcı döyüş zərbələri endirilib. Düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda hərbi texnikası və mühüm obyektləri məhv edilib”.  

APA-nın məlumatına görə bu barədə jurnalistlərə açıqlamasında müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib.

K.Vəliyev qeyd edib ki, döyüşlər nəticəsində Azərbaycan Ordusu da itki verib: “Səhər saatlarında gedən döyüşlərdə general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olublar". 

Nazir müavini deyib ki, şəhidlərimizin qanı yerdə qalmayacaq.

K.Vəliyev qeyd edib ki, hazırda döyüşlər davam edir: "Düşmənin canlı qüvvəsi, texnikası, komanda məntəqələri vurulur və məhv edilir. Düşməndən fərqli olaraq bizim zabitlərimizin əsgərlərin arxasında gizlənmirlər və döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Təəssüflər olsun ki, döyüşlər itkisiz olmur. Müdafiə nazirliyinin rəhbərliyi adından şəhidlərimizə rəhmət diləyirik. Sizi əmin edirəm ki, şəhidlərimizin, yaralılarımızın qanı yerdə qalmayacaq”.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR